ASK ilə “British Council” arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə “British Council” təşkilatı arasında yeni əməkdaşlıq mərhələsi başlayacaq. Bununla bağlı ASK və “British Council” təşkilatının görüşü keçirilib.
“British Council”un Bakı nümayəndəliyinin rəhbəri Samr Şahın sözlərinə görə,
Azərbaycanda bir neçə sahə layihələr həyata keçirilər. Bu layihələr arasında təhsil, mədəniyyət və sair istiqamətlər mövcuddur.
“Creative Spark” layihəsi barədə məlumat verən S.Şah bildirib ki, Birləşmiş Krallığın dəstəyilə Mərkəzi Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan), Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan, Ermənistan) və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.
Ali təhsil sahəsində aparılan islahatları dəstəkləmək və işsizlik səviyyəsinin aşağı salınmasına töhfə vermək məqsədilə biznes təhsilinin inkişafına yardımçı olmaq üçün proqramın birinci ilində 10 000-dən çox tələbəyə və gənc sahibkara dəstək göstərilməsi nəzərdə tutulub.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov “Creative Spark” layihəsinin biznes yaratmaq və sahibkarlıq təfəkkürünün inkişaf etdirilməsinə çalışır. V.Zeynalov peşə təhsilinin inkişafı, biznes-startapların hazırlanması sahəsində əməkdaşlığın müsbət nəticələr verəcəyini vurğulayıb. V.Zeynalov qeyd edib ki, “Mənim gələcək peşəm” mövzusunda inşa keçiriləcək. Eyni zamanda “İmprove your business” layihəsi üzrə ASK-nın “British Council” ilə əməkdaşlığının uğurlu olacağını söyləyib.