skip to Main Content

Ukraynada azərbaycanlı iş adamlarının dəstəyi ilə yeni kompleks istifadəyə verilib

Ukraynada Azərbaycanlı Iş Adamlarının Dəstəyi Ilə Yeni Kompleks Istifadəyə Verilib

Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin təşəbbüsü və dəstəyi ilə Vinnitsa şəhərində müasir uşaq bağçası kompleksi tikilərək istifadəyə verilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Ukraynadakı nümayəndəsi və Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev qeyd edib ki, Ukraynanın tarixi şəhərində belə bir layihənin həyata keçirilməsindən məmnundur.

“Biz inanırıq ki, şəhər sakinləri müasir uşaq bağçası kompleksinin xidmətindən faydalanacaq. Burada uşaqların istirahəti üçün bütün müasir texnologiyalardan istifadə edilib. Uşaq bağçasının tikintisində türk sərmayəçilərinin də böyük əməyi olub”, – deyə o əlavə edib. 3500 kvadratmetr ərazidə yerləşən uşaq bağçasından 120 uşaq yararlanacaq.

Sonra bağçanın rəmzi açarı uşaqlara verilib.

Uşaq bağçasında böyük və kiçik yaşlı uşaqlar üçün qruplar, məşğələ, yataq otaqları, camaşırxana, yeməkxana mövcuddur. Kitabxana, həkim məntəqəsi və inzibati otaqlardan ibarət bağça istilik sistemi və s. lazımi şəraitlə təmin edilib, ehtiyat və içməli su anbarları, eləcə də mebel və yataq dəstləri, digər zəruri avadanlıqlarla təchiz olunub.

Back To Top