ASK-nın təşkilatçılığı ilə BMT-nin Qlobal Sazişi müzakirə edildi
2020-ci il sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə BMT-nin Qlobal Sazişi ilə bağlı vebinar keçirilib. Vebinarda BMT-nin Qlobal Sazişinin Baş Qərərgahından, BMT-nin Rezident Əlaqələndiricisi Ofisindən və Azərbaycandan Qlobal Sazişin lider şirkəti olan SOCAR AQŞ-nin nümayəndələri iştirak etmişlər.
İlk olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katib əvəzi Kristina Məmmədova iştirakçıları salamlayaraq görüşün Dayanıqlı İnkişaf Məqsədlərinin biznes mühitində daha geniş təşviq olunması, biznes iştirakçılarının bu istiqamətdə birləşərək bir-birilərinə dəstək vermələri məqsədi daşıdığını vurğuladı.
Qeyd etdi ki, BMT-nin Dayanıqlı İnkişafın prinsipləri arasında qlobal əməkdaşlığın canlandırılması mühüm yer tutur. Biznes nümayəndələrini ASK ətrafında birləşdirməklə, biznes assosiasiyaları və ictimai birliklərin fəaliyyətini daha da aktivləşdirmək çox vacibdir.
BMT-nin Qlobal Sazişinin Qərargahından olan layihə meneceri xanım Kler Kels öz çıxışında təmsil etdiyi qurumun mövqeyini bildirərək öz təqdimatını BMT-nin 10 prinsipi üzərində və dayanıqlı inkişafın 17 prinsipi ətrafında ətraflı məruzə üzərində qurdu. Bildirdi ki, Birləşmiş Təşkilatların qlobal sazişi 2000-ci ildə o zamanki Baş Katib Kofi Annanın rəhbərliyi altında təsdiq edilmişdir. Son 20 il ərzində 10000-dən çox biznes qurumlar bu prinsiplərə bağlı öz üzərlərinə müəyyən öhdəliklər götürüblər. Bu prinsiplər 160-dan çox ölkədə təbliğ olunur.
Daha sonra Qlobal Sazişin Lider şirkəti olan SOCAR AQŞ-nin nümayəndəsi Günay Hüseynəlizadə bu prinsiplərin şirkətin fəaliyyəti çərçivəsində vacibliyi haqqında məlumat verdi.
Qlobal Sazişin Korporativ Öhdəçilik (Corporate Engagement) üzrə Baş Meneceri xanım Kler Kells Qlobal Saziş haqqında məlumat vermiş, Sazişə qoşulmaq qaydalarını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. 10,000-dən çox biznes və 3,000-dən artıq qeyri-biznes təşkilatlarını özündə birləşdirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.
Tədbirdə yer alan SOCAR AQŞ-nin nümayəndəsi Günay Hüseynəlizadə şirkətin dayanıqlılıq istiqamətində gördüyü işlərdən, BMT-nin Qlobal Sazişində iştirakı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərdən bəhs etmişdir. BMT-nin Rezident Əlaqələndirici Ofisinin Əlaqələndirmə üzrə Müşaviri Şəmsiyyə Mustafayeva iştirakçıların suallarını cavablandırmış və şirkətləri Sazişə qoşulmağa dəvət etmişdir.