Naxçıvan Sahibkarlar Konfederasiyasında KOBİA nümayəndələri ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələrinin Naxçıvan Muxtar Respublikası sahibkarları ilə görüşü təşkil olunub.
Tədbirdə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, eləcə də Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti Vüqar Abbasov və iş adamları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov özəl sektorda uğurla həyata kecirilən layihələrdən danışıb. V.Abbasov bildirb ki, Muxtar Respublikanın sosial-iqtisadi inkiışafına daha yaxşı töhfə vermək ücün sahiblkarları bir qurum ətrafında birləşdirən Konfederasiya öz işini günün tələbləri və verilmiş tapşırıqlar əsasında qurur.
Konfransda KOBİA-nın sahibkarlara dəstək tədbirləri barədə çıxışlar edilib. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə edilib.
KOBİA-nın sədri Orxan Məmmədov Naxcıvanda biznesin inkişafında rəhbərlik etdiyi agentliyin gələcək rolundan, perispektivlərdən danışıb. Görüşdə KOBİA-nın fəaliyyətini və sahibkarlara dəstək tədbirlərini əks etdirən video-çarx nümayiş etdirilib.
Sonra KOBİA-nın nümayəndələri Naxçıvan Muxtar Respublikasındakı bir necə istehsal müəsissəsində olublar.