Goranboy rayonunda “Biznes Forum” keçirilib
25 Aprel – Sahibkarlar Günü ərəfəsində Goranboy rayonunda Biznes forum keçirilib. Forumda Goranboy rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Konfederasiyanın Gəncə, Mingəçevir, Ağstafa rayon nümayəndələri iştirak ediblər.
Sahibkarlığın inkişafı, dövlət dəstək tədbirləri barədə çıxış edən iştirakçılar sonra Goranboy rayonunun ən iri istehsal müəssisələrindən olan “G-GROUP” və “Kaskad-Aqro” MMC-lərində istehsal olunan məhsulların çeşidləri və keyfiyyəti ilə tanış olublar. Məssisələrin fəaliyyətinin daha da genişləndirilməsi və sahibkarlarla əlaqəli işin qurulması istiqamətlərində müzakirələr aparılıb.