Neftçala sahibkarları “Sahibkarlar Günü”nü qeyd ediblər
25 Aprel – Sahibkarlar Günü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azəbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə rayondakı “Heydər Əliyev Mərkəzi”ndə tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi Məsələlər üzrə şöbəsinin Baş məsləhətçisi Aqil Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Salyan rayonundakı KOB Dostu Anar Əhmədov və bir qurup sahibkar iştirak etmişdir. Tədbirdə dövlətimizin sahibkarlara dövlət dəstəyi mexanizmləri, dövlət güzəştləri barədə məlumat verilməklə yanaşı, sahibkarların çətinlikləri dinlənilmiş və bi barədə müzakirələr aparılmışdır. Həmçinin rayonda yeni biznes sahələrinin, yeni iş yerlərinin yaradılması ilə yanaşı, mövcud biznes sahələrinin inkişaf etdirilməsi, dövlət-sahibkar münasibətlərinin daha səmərəli təşkili müzakirə olunmuşdur. Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən səmərəli fəaliyyətinə görə təltif olunan bir qrup sahibkara “Fəxri Fərman”lar təqdim edilmişdir.