skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasında İranın Ticarət attaşesi ilə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında İranın Ticarət Attaşesi Ilə Görüş Keçirilib

İyun 10-da İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin müşaviri Cavad Mühaciri və yeni təyin olunmuş Ticarət attaşesi Mehdi Babai Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov tərəfindən qəbul edilib.

Görüşdə ölkələrimiz  arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin inkişaf perspektivləri ilə bağlı təkliflər müzakirə edilib. Mehdi Babai bildirib ki, cari ilin ilk dörd ayı ərzində hər iki ölkə arasında ticarət dövriyyəsi 135 milyon dollar təşkil edib.

Daha sonra, Azərbaycan-İran Müştərək Ticarət Palatasının İran tərəfindən həmsədrinin ölkəmizə səfəri və keçiriləcək görüşlər barədə geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, yaxın gələcəkdə birgə B2B görüşlərin keçirilməsinə dair razılıq əldə olunub.

Back To Top