skip to Main Content

ASK prezidenti Məmməd Musayev Azərbaycannın Malayziyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov ilə görüşüb

ASK Prezidenti Məmməd Musayev Azərbaycannın Malayziyaya Yeni Təyin Olunmuş Fövqəladə Və Səlahiyyətli Səfiri İrfan Davudov Ilə Görüşüb

30 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayev Azərbaycan Respublikasının Malayziyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov ilə görüşüb.

Görüş zamanı, Azərbaycan ilə Malayziya arasında ticarət dövriyyəsinin artırılması, Malayziyadan olan investorların ölkəmizə cəlb olunması, orada fəaliyyət göstərən sahibkarlıq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və digər məsələlər geniş müzakirə olunub. Bununla yanaşı, ölkəmizin Malayziyadakı diplomatik nümayəndəliyi vasitəsilə Malayziyanın biznesə dəstək təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yenidən canlandırılması, qarşılıqlı biznes səfərlərin təşkili barədə razılıq əldə edilib.

Azərbaycan ilə Malayziya arasında ticarət dövriyyəsinin təxminən 120 milyon ABŞ dolları təşkil etdiyi, lakin informasiya texnologiyaları (İT), təhsil, turizm kimi sektorlar üzrə əməkdaşlıq üçün daha geniş perspektivlərin olduğu bildirilib.

Görüşdə həmçinin, ASK-nın Malayziyada nümayəndəsinin təyin olunmasında ASK-ya müvafiq dəstəyin göstərilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüş digər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

Back To Top