skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə QazTrade arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə QazTrade Arasında əməkdaşlıq Memorandumu Imzalanıb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə QazTrade arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ilə QazTrade-in baş direktorunun müavini Nurali Bukeyxanov imzalayıblar.

Əldə olunan razılaşmaya görə, tərəflər ümumi maraq kəsb edən ticarət və iqtisadi məsələlər ilə bağlı məlumat və təcrübə mübadiləsi aparacaqlar. Eyni zamanda, birgə elmi və praktik tədbirlərdə iştirak, media dəstəyi kimi əməkdaşlıq əlaqələri nəzərdə tutulub.

Memorandum həmçinin birgə layihələrin həyata keçirilməsini də özündə ehtiva edir.

Back To Top