skip to Main Content

İndoneziya ilə Azərbaycan arasında əməkdaşlıq müzakirə olunub

İndoneziya Ilə Azərbaycan Arasında əməkdaşlıq Müzakirə Olunub

Dekabrın 1-də İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Baş katibin müavini Fuad Hümbətov arasında görüş keçirilib.

Vüqar Zeynalov ASK haqqında səfirə geniş məlumat verərək, əməkdaşlıq üçün öz təkliflərini irəli sürüb.

Hildi Hamid ölkəsindən Azərbaycana xam palma yağı və kokos yağının ixrac olunduğunu, eləcə də, Azərbaycandan İndoneziyaya neft və neft məhsullarının ixrac edildiyini bildirib. Səfir İndoneziyadan Azərbaycana ixrac olunan məhsullara yüksək gömrük rüsumu tətbiqinin ixrac əməliyyatlarına mənfi təsir göstərdiyini vurğulayıb.

Görüşdə iki ölkə sahibkarları arasında onlayn B2B görüşünün keçirilməsi, Azərbaycanda İndoneziya Ticarət Evinin açılması, səfirin 10-11 dekabr tarixlərində Sabirabad və Beyləqan rayonlarına səfərləri zamanı ASK-nın həmin rayonlardakı nümayəndələri ilə görüşü, ASK ilə İndoneziyanın müvafiq biznesə dəstək təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması məsələləri müzakirə edilib.

Back To Top