2021 Kəmər və Yol Ticarət və İnvestisiya Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti video-müraciət edib
Dekabrın 2-də Çin Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə “2021 Kəmər və Yol Ticarət və İnvestisiya Forumu” keçirilib. Forumda ölkəmizin biznes ictimaiyyəti adından Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev video-müraciətlə çıxış edib.
Forumda, üç Tematik Sessiya üzrə geniş müzakirələr aparılıb. Mövzular əsasən, Rəqəmsal İpək Yolunun inşası, rəqəmsal transformasiya imkanlarının açılması, ictimai səhiyyə əməkdaşlığının gücləndirilməsi və Yaşıl İpək Yolunun qurulmasına dair çıxışlar baş tutub.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası İpək Yolu Biznes Şurasının həmtəsisçisi, eləcə də Çin Beynəlxalq Ticarət Palatası və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının yaxın tərəfdaşıdır.
Video link ilə aşağıda tanış ola bilərsiniz.