Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Asiya İnkişaf Bankı arasında görüş keçirildi
Dekabrın 8-də Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Asiya İnkişaf Bankının Azərbaycandakı daimi Nümayəndəliyində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Konfederasiyanın fəaliyyəti, ölkəmizin biznes, investisiya mühiti, işğaldan azad edilmiş Qarabağ torpaqlarının inkişaf potensialı barəsində Asiya İnkişaf Bankının Azərbaycandakı daimi Nümayəndəliyin rəhbəri Kendis Makdeyqana və iştirakçılara ətraflı məlumat verib.
Kendis Makdeyqan Azərbaycandakı daimi nümayəndəliyin gördüyü işlər, dövlət, özəl sektorla əməkdaşlıq, texniki yardım layihələri, investisiya, kreditləşmə imkanları haqqında təqdimat edib.
Görüşdə əməkdaşlıq imkanları, perspektiv layihələrlə bağlı hər iki tərəf təkliflərlə çıxış ediblər. Gələcəkdə təşkil olunacaq forumlarda birgə iştirakçılıq və əməkdaşlıq üçün memorandum imzalanması qərara alınıb.