Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Naxçıvanda səfərdə oldu
Bu il dekabrın 10-11-də Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Naxçıvanda səfərdə olub. Səfər 2022-ci ildə Yaponiyada keçiriləcək “Qida sərgisi”nə hazırlıq məqsədi daşıyırdı.
Azərbaycan Sahibkarlar Konfederasiyasının icra aparatının və Yaponiyanın TET lnternational Development investisiya şirkətinin rəhbər heyəti iştirak edib.
Qonaqlar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tütün yetişdirmə mərkəzi, Naxçıvan Beynəlxalq Tobacco MMC, Naxçıvan Sənaye Kompleksində, “Ləzzət” biskvit fabrikində sahibkarlar görüş keçirdib, istehsal prosesi ilə ətraflı tanış olublar.
Dekabrın 11-də Maxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında qida istehsal edən şirkətlər üçün məlumatlandırma sessiyası keçirilib. Sessiyada TET şirkətinin prezidenti Taro Savada, vitse-prezidenti Namiq Ələsgərov, ASK vitse-prezidenti Vüqar Zeynalov və ASK prezident məsləhətçisi Şəbnəm Nuriyeva iştirak ediblər.