skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası “R(eco)nstruct Tourism” layihəsinə start verir

Azərbaycan Sahibkarlar Konfederasiyası “R(eco)nstruct Tourism” Layihəsinə Start Verir

Turizm sahəsində çalışan şirkətlər üçün Azərbaycan Sahibkarlar Konfederasiyası “R(eco)nstruct Tourism” layihəsini təqdim edir. Fəaliyyətlərini və beynəlxalq əlaqələrini inkişaf etdirmək  istəyən turizm şirkətləri layihəyə qoşulmaq üçün 2022-ci il yanvarın 10-dək müraciət edə bilərlər.

Layihə Fransanın Dordogne Kənd Təsərrüfatı Palatası tərəfindən dəstəklənir.

2021-ci ilin dekabrın 15-dən 2022-ci ilin may ayının 31-dək, altı ay müddətinə planlaşdırılan bu layihə “EU4Business: Şirkətləri birləşdirən Avropa əməkdaşlıq proqramı”nın bir hissəsidir. Layihənin məqsədi davamlı təcrübə mübadiləsi vasitəsilə kənd turizmi biznesini gücləndirməkdir.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində hazırlanmış “EU4BCC” proqramı 2009-cu ildə Avropa İttifaqının (Aİ) üzv dövlətləri ilə altı şərq ölkəsində davamlı iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması prosesini dəstəkləmək məqsədi daşıyır. Proqramın digər məqsədləri Avropa şirkətləri ilə ticarət dövriyyəsinin artırılmasına, həmçinin xarici investisiyaları təşviq etməklə KOB-ların inkişafına dəstək göstərməkdir.

Hədəf turizm sektorunda KOB-ların dayanıqlı, innovativ turizm təklifləri hazırlamaq və brendlərini milli və beynəlxalq səviyyədə tanıdarkən hər iki ölkənin şirkətləri ilə biznes imkanlarını inkişaf etdirmək üçün potensialını gücləndirməkdir.

Layihədə iştirak etmək istəyən turizm və ya aqroturizm şirkətləri yanvarın 10-dək aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:

https://docs.google.com/forms/d/1novnzyLdga6OKwetsCDEVx46b6zhsJgdmO0qI1zt8tg/edit

Layihədə iştirak etmək üçün Azərbaycandan 10 şirkət seçiləcək.

Layihə barədə əlavə məlumat əldə etmək üçün ASK prezidentinin məsləhətçisi Şəbnəm Nuriyeva ilə əlaqə saxlaya bilərsiniz.

Tel.: +99412 465 76 92/93 (102)

Poçt: shnuriyeva@ask.org.az

Back To Top