skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasında Gəncə İş Adamları İctimai Birliyi ilə görüş keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasında Gəncə İş Adamları İctimai Birliyi Ilə Görüş Keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Gəncə İş Adamları İctimai Birliyinin İdarə Heyətinin sədri Zəfər Məmmədov və İdarə Heyətinin üzvü Camid Mövsümov ilə görüşüb.

Görüşdə Gəncə İş Adamları İctimai Birliyinin 2022-ci ilin altı ayı üçün nəzərdə tutulan biznes-forumlar, regionlarda sahibkarlığın inkişafını dəstəkləyən layihələr müzakirə edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının regional biznes-forumlarında birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilib.

Back To Top