skip to Main Content

R(eco)nstruct Tourism layihəsi çərçivəsində onlayn görüş keçirildi

R(eco)nstruct Tourism Layihəsi çərçivəsində Onlayn Görüş Keçirildi

Bugün Azərbaycan Sahibkarlar Konfederasiyası və Fransanın Dordogne Kənd Təsərrüfatı Ticarət Palatasının birgə həyata keçirdiyi R(eco)nstruct Tourism layihəsi çərçivəsində onlayn görüş keçirilib. Görüşdə Azərbaycan və Fransa tərəfindən seçilmiş ümumilikdə 20 şirkətin təqdimatları dinlənilib, iştirakçılara layihənin növbəti addımları təqdim edilib.
Qeyd edək ki, layihənin hədəfi turizm sektorunda KOB-ların dayanıqlı, innovativ turizm təklifləri hazırlamaq və brendlərini milli və beynəlxalq səviyyədə tanıdarkən hər iki ölkənin şirkətləri ilə biznes imkanlarını inkişaf etdirmək üçün potensialını gücləndirməkdir.
Layihə “EU4Business: Şirkətləri birləşdirən Avropa əməkdaşlıq proqramı”nın bir hissəsidir. Layihənin məqsədi davamlı təcrübə mübadiləsi vasitəsilə kənd turizmi biznesini gücləndirməkdir.

Back To Top