“Menecment” komissiyası yeni struktur formalaşdırdı
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) nəzdində fəaliyyət göstərən “Menecment” komissiyasının video-konfrans formatında onlayn iclası keçirilib.
Sözügedən iclas çərçivəsində Menecment komissiyasının yeni strukturu formalaşdırılıb, iş qrupların tərkibində islahatlar aparılıb və yeni üzvlər qəbul olunub.
Komissiya Menecment Kvalifikasiya və digər layihələrin icrası ilə bağlı fəaliyyət bölgüsü apararaq, qarşıdakı dövr üzrə iş planını təsdiqləyib.