skip to Main Content

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə görüş keçirilib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Ilə Görüş Keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq, yerin təkindən istifadə edən sahibkarların maarifləndirilməsi və bu sahədə hüquqi tənzimləmə prosesləri barədə birgə məlumatlandırma tədbirlərinin keçirilməsi müzakirə edilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov ölkəmizin təbii ehtiyatları, xüsusən də rayonlarda yerin təkindən istifadə zamanı baş verən nöqsanlar, çayların məcrasını dəyişməsinin yaradacağı ekoloji, iqtisadi fəsadlar haqqında narahatlığını ifadə edib.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov müvafiq qanunvericilikdə dəyişikliklər, hərracların keçirilməsi qaydaları ilə bağlı təkliflərini səsləndirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov təşkilat haqqında qonaqlara məlumat verərək, əməkdaşlıq imkanları, xüsusən də rayon nümayəndələrinin bu sahədə Agentliklə əlaqələrinin qurulmasının faydalı olacağını qeyd edib.

Back To Top