Azərbaycan Sahibkarlar Konfederasiyası “Hüquqşünas” vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
• Təşkilat daxili sənədlərin hazırlanması;
• Təşkilat daxili hazırlanmış sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
• Şöbəyə daxil olan sahibkarların şikayətləri və təklifləri ilə bağlı məktubların hazırlanması;
• Daxil olmuş məktubların statistikasının aparılması və arayışların hazırlanması;
• Hüquqi məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavabların hazırlanması;
• Konfederasiya tərəfindən aparılan layihə və proqramlarda iştirak.
Namizəd üçün irəli sürülən tələblər:
• Hüquqşünaslıq ixtisasi üzrə ali təhsil;
• İngilis dili mütləq, rus dili arzuolunandır;
• MS Office proqramlarında işləmə bacarığı;
• Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
• Komandada işləmək və idarəetmə bacarığı.
İş şərtləri:
• AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)
Məlumatlandırıcı qeydlər:
• #CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin;
• Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Maraqlananlar CV-lərini azərbaycan dilində hr@ask.org.az elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində vəzifənin adı – “#Hüquqşünas” yazılmalıdır. Yalnız qeyd olunan tələblərə cavab verən CV-lərə baxılacaq.