Müəllimlər üçün “Öz biznesinə başla” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində fəaliyyətlərini davam etdirir.
Layihənin “Gənclərdə sahibkarlıq düşüncəsini inkişaf etdirilməsi və gələcək karyera imkanlarının genişləndirilməsi” komponentinə uyğun olaraq, 29 mart – 4 aprel 2022-ci il tarixlərində peşə məktəblərinin müəllimləri üçün “Biznesinə başla” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərin məqsədi “Şagird firmaları” konsepsiyasının həyata keçirilməsinə dəstək verəcək müəllimlərin biznesin yaradılması sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirdə İctimai İaşə və Xidmət, Texnika və Texnologiya, Emal Sənayesi, Turizm və Sosial Xidmətlər, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzlərinin müəllimləri, layihənin milli və Almaniyalı ekspertləri iştirak etmişlər.