skip to Main Content

“Turizm və Xidmət üzrə İş Komissiyası”nın iclası keçirilib

“Turizm Və Xidmət üzrə İş Komissiyası”nın Iclası Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Turizm və Xidmət üzrə İş Komissiyası”nın iclası keçirilib. İclasda qarşıdan gələn “Sahibkarlar günü”, komissiyanın 2021-ci ildə fəaliyyətinin yekunları və cari ildə görüləcək işlər, “Şuşa ili ilə bağlı Tədbirlər Planı” və Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması üzrə fəaliyyətlər planı müzakirə edilib.

Komissiyanın rəhbəri Ruslan Quliyev bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizin iqtisadi inkişafında özünəməxsus yeri olan ictimai təşkilatlardan biridir. Dövlət tərəfindən sahibkarlığın inkişafına verilən yüksək dəstək və Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət sahibkarların işləmək əzmini daha da artırır.

“44 günlük Qarabağ savaşından qalib çıxan bu millət və sahibkarlarımız Qarabağın əvvəlki şöhrətinə qayıtmasında öz töhfəsini verəcəkdir”, – deyən R.Quliyev 25 Aprel Sahibkarlar günün tarixinə diqqət yetirib.

Ümummilli lider Heydər Əliyevin 2002-ci il aprelin 25-də sahibkarla keçirdiyi görüşün özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcını qoyduğunu bildirib. Turizmin inkişafında Ulu Öndərin təşəbbüsləri, qəbul etdiyi qərarlar haqqında məlumat verib. “Turizm haqqında” qanunun 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edildiyini, Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli sərəncamı ilə Gənclər,İdman və Turizm Nazirliyinin yaradılması ilə bu sahədə geniş işlər görülməyə başlandığını, həmin il Azərbaycanın ÜTT-nin üzvlüyünə qəbul olunduğunu qeyd edib.

Sonra gündəlikdəki məsələlərlə bağlı çıxışlar dinlənilib və turizm sektorunda yeni marşrutların yaradılması üzrə təkliflər müzakirə edilib.  Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Bayramova qaldırılan məsələlərlə bağlı açıqlamalar verib.

ASK-nın baş katib əvəzi Kristina Məmmədova, Azərbaycan Turizm Bürosunun nümayəndəsi Günel Bədəlova, Komissiyanın üzvləri – Samir Dübəndi, Göydəniz Qəhrəmanov, Əhməd Qurbanov sahibkarları bayramları münasibətilə təbrik ediblər.

Back To Top