Azərbaycan Sahibkarlar Konfederasiyasının Qırğız Respublikası üzrə nümayəndəsi təyin olundu
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində Qırğız Respublikasında nümayəndəsi təyin edilib. Bu vəzifəni Qırğız Respublikası vətəndaşı xanım Jıldız Kojobaeva icra edəcək.
Məlumat üçün bildirək ki, Jıldız Kojobaeva 14 fevral 1989-cu il tarixində Qırğız Respublikasında anadan olub. O, 2007-2012-ci illərdə Jusup Balasagyn adına Qırğızıstan Milli Universitetində Regionşünaslıq – Çin üzrə Şərqşünas ixtisasına, 2010-2012-ci illərdə isə Çin Xalq Respublikasının (ÇXR) Urumçi Xarici Ticarət İnstitutunda Çin dili linqvistikası ixtisasına yiyələnib.
J.Kojobaeva əmək fəaliyyətinə 2013-cü ildən başlayıb. Belə ki, 2013-2015-ci illərdə Çin Xalq Respublikasının Quanqdonq əyaləti Quançjou şəhərində “Shenzhen Wei Meng import&export co.,ltd” şirkətində tərcüməçi və xarici ticarət sənədlərinin idarə edilməsi üzrə menecer vəzifəsində çalışıb. Daha sonra, 2015-2018-ci illərdə “Guangzhou Heyyran international trading Co.,Itd”də direktor köməkçisi, idxal-ixrac eksperti vəzifəsində işləmişdir.
Bununla yanaşı, o, 2019-2021-ci illər ərzində “Guangzhou Heyyran international trading Co.,Itd” şirkətinin Azərbaycan nümayəndəliyində icraçı direktor kimi çalışıb.
Hazırda, o, Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “NARIN damazlıq təsərrüfatı” MMC-nın icraçı direktorudur.
Kojobaeva Jıldız qırğız, Azərbaycan, çin, rus və ingilis dillərini bilir.