skip to Main Content

Türkiyənin Zilə bölgəsinin sahibkarları Azərbaycana səfər etdilər

Türkiyənin Zilə Bölgəsinin Sahibkarları Azərbaycana Səfər Etdilər

Türkiyənin Zilə Ticarət və Sənaye Palatasının üzvləri Azərbaycan sahibkarları ilə görüşdülər. B2B formatında keçirilən görüş Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə baş tutdu.

Türkiyənin iş adamlarını salamlayan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə investisiya imkanları, xüsusəndə işğaldan azad olunmuş Qarabağ torpaqlarında sahibkarlıq üçün yaradılan şəraitlə bağlı məlumat verib.

Zilə Ticarət və Sənaye Palatasının sədri Necati Bice Zilənin yerləşdiyi ərazi və sahibkarlıq subyektləri barədə məlumat verdi. Palatanın 1923-cü ildə qurulduğunu və hazırda 114 kəndi əhatə etdiyini bildirib. Əsasən kənd təsərrüfatı, heyvandarlıq və bu sahələr üçün avadanlıq, texnologiya hazırlayan Palata üzvləri ekoloji təmiz məhsulları ilə məşhurdur.

Back To Top