Kaluqa vilayətinin şirkətləri Azərbaycana işgüzar səfər ediblər
Bu il iyunun 6-dan 9-dək Kaluqa vilayətinin bir qrup şirkəti biznes missiya proqramı çərçivəsində Azərbaycanda işgüzar səfərdə olublar. Tədbir Kaluqa vilayətinin İqtisadi İnkişaf və Sənayə Nazirliyi, Kaluqa vilayərinin İxraca Dəstək Mərkəzi, “Ekspo-Kontrakt” şirkəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilib.
İşgüzar səfərin missiyası – Azərbaycan və Rusiya şirkətləri arasında qarşılıqlı iqtisadi əməkdaşlığın inkişaf etdirməkdir. Biznes missiya “Kiçik və orta sahibkarlıq və fərdi sahibkarlıq təşəbbüslərinə dəstək” poqramı çərçivəsində baş tutmuşdur.
İşgüzar missiyada iştirak edənlər əsasən laborator avadanlıqları, metalkonstruksiya, layihələndirmə xidməti göstərən şirkətlər olub.
Şirkətlər öz təcrübələrini bölüşüblər və gələcək əməkdaşlıq haqqında danışıqlar aparıblar. Həmçinin, “Obninsk Polad layihələndirmə” şirkəti təntənəli şəkildə Azərbaycanda öz əsas partnyoru olan RAMIZOGLU MMC şirkətinə sertifikat təqdim etmişdir.