skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının mötəbər tədbirlərində iştirak edib

Azərbaycan Sahibkarlar Konfederasiyasının Nümayəndə Heyəti İslam Ticarət, Sənaye Və Kənd Təsərrüfatı Palatasının Mötəbər Tədbirlərində Iştirak Edib

17-18 iyul 2022-ci il tarixlərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Oman Sultanlığının Maskat şəhərində keçirilən ICCIA Baş Assambleyasının 38-ci iclasında, Direktorlar Şurasının 33-cü iclasında və İcraiyyə Komitəsinin 1-ci iclasında iştirak etmişdir.

Baş Assambleyasının iclasında 50-dən çox islam ölkəsinin ticarət və sənaye palatalarının rəhbərləri, İslam Əməkdaşlıq Təşkilatının və diplomatik korpusun rəsmi nümayəndələri iştirak etmişlər. Tədir zamanı islam ölkələrində dayanıqlı kənd təssərüfatı və qida təhükəsizliyi üzrə əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə investisiya imkanları, sertifikatlaşdırmanın tanınması məsələləri üzrə müştərək tədbirlərin genişləndirilməsi barədə söz açılmışdır.  Bundan başqa, tədbirdə İslam Palatasının üzv qurumlarının  fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq standartlara çatdırılması üzrə xüsusi akkreditasiya proqramının qəbulu və icrası üzrə müvafiq qərar qəbul edilmiş, üzv qurumların rəqəmsallaşdırıması, dayanıqlılığının təmin edilməsi üçün müvafiq iki komissiyanın yaradılmasının vacibliyi bildirilmişdir.

ICCIA Direktorlar Şurası və İcraiyyə Komitəsinin iclaslarında çıxışı zamanı, ASK prezidenti M.Musayev ölkəmizin ICCIA Direktorlar Şurasının 34-cü iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirmişdir. Onun bu təklifi, ICCIA prezidenti Abdullah Saleh Kamel və Direktorlar Şurasının üzvləri tərəfindən müsbət qarşılanmışdır.

M.Musayevin bu təşəbbüsü, ICCIA Direktorlar Şurasında aparılan səsvermə zamanı qəbul edilərək, iclasın protokoluna daxil edilmişdir.

Eyni zamanda, Məmməd Musayev cari ilin oktyabr ayında ICCIA-ın Bakı şəhərində birgə təşkil olunacaq “Dayanıqlı Kənd Təsərrüfatı Forumu”na hazırlığın yüksək səviyyədə getdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

İclas zamanı, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan Respublikalarının Ticarət və Sənaye Palatalarının və Tailand Krallığının Müsəlman Ticarət Assosiasiyasının ICCIA-da müşahidəçi statusunda üzvlüklərinə baxılması, ICCIA Maliyyə Komitəsinin 64 və 65-ci hesabatlarının təsdiq olunması, ICCIA-ın Türkiyədə regional ofisinin açılması və digər gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.

Bundan başqa, tədbirin gedişatı zamanı və sonunda keçirilmiş biznes görüşlərdə, Konfederasiya prezidenti Türkiyə, Oman, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, Çad, Marakeş, Cibuti və digər ölkələrin ticarət-sənaye palatalarının rəhbərləri ilə görüşlər keçirmiş, onlara hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlər barədə məlumat vermiş, mövcud invesitisiya imkankları ilə yaxından tanış olmaq üçün onları Azərbaycana dəvət etmişdir.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanı ICCIA kimi mötəbər beynəlxalq təşkilatda təmsil edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ICCIA-ın Direktorlar Şurası və İcraiyyə Komitəsinin üzvüdür.

Back To Top