skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında saziş imzalandı

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Qazaxıstanın Xarici Ticarət Palatası Arasında Saziş Imzalandı

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının dünən ilk iclası keçirilib.

İclas çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişi Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar.

Memorandumda ticarət məsələləri üzrə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərdə iştiraka dair məsələlər öz əksini tapıb.

Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tekstil, tikinti, logistika, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərən 60-dək sahibkar iştirak edib.

Back To Top