skip to Main Content

Məmməd Musayev: “Biz bu arzumuza çatdıq, dünən Şuşada Türk ölkələrinin iş adamlarının forumunu keçirdik”

Məmməd Musayev: “Biz Bu Arzumuza çatdıq, Dünən Şuşada Türk ölkələrinin Iş Adamlarının Forumunu Keçirdik”

Türk Ticarət və Sənaye Palatasının prezidenti, Türkiyə Odalar və Borsalar Birliyinin prezidenti Rifat Hısarçıklıoğlunun “Dostluq Ordeni” ilə təltif olunması münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində tədbir təşkil edilib.

Tədbirdə çıxış edən səfir Cahit Bağcı ölkələrimiz arasında qardaşlığın daha da möhkəmlənməsində iş adamlarının rolunu xüsusi vurğulayıb və bu sahədə Rifat Hısarcıklıoğlunun fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Rifat bəy 44 günlük müharibə dövründə Azərbaycanı, onun haqq savaşını dəstəkləyib. Hələ müharibə bitməmiş, 2020-cil il noyabrın 2-də Türk Ticarət və Sənaye Palatasının Bakıdakı növbədənkənar görüşünü xatırladan ASK prezidenti “o zaman Rifat bəy dedi ki, Allah qoysa növbəti forumu Şuşada keçirərik. Biz bu arzumuza çatdıq, dünən Şuşada Türk ölkələrinin iş adamlarının forumunu keçirdik”, deyib və Türk dövlətlərinin iş adamlarının birliyinin, əməkdaşlığının qurulmasındakı yorulmaz əməyinə görə R.Hısarcıklıoğluna təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov, Azərbaycanı Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Zeynalov, Vüqar Abbasov, Rəyasət Heyətinin üzvləri Səkinə İsmayılova, Cemal Yangın və digər üzv iş adamları iştirak ediblər.

Back To Top