skip to Main Content

Malayziya investorları Azərbaycan sahibkarları ilə görüşüblər

Malayziya Investorları Azərbaycan Sahibkarları Ilə Görüşüblər

Oktyabrın 3-də Malayziyadan ölkəmizə gələn investorlarla sahibkarlarımız arasında görüş keçirilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Malayziyadaki Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə qonaqlara iqtisadiyyatımız, sənaye parkları, iqtisadi qanunvericilik və investisiyaların qorunması ilə bağlı qanunvericiliklə əlaqədar təqdimat keçirilib.

Tədbiri açan ASK baş katibinin müavini Fuad Hümbətov Konfederasiyanın fəaliyyəti, üzvləri barədə geniş məlumat verib. Perak Ştat Assambleyasının üzvü, Perak ştat Baş nazirinin (Chief minister) xüsusi müşaviri Abd Manaf bin Hashim Malaziya tərəfindən təmsil olunan sahibkarların iqtisadiyyatın istehsal, dəniz nəqliyyatı, logistika, turizm və gübrə istehsalı kimi sektorları təmsil etdiyini bildirib.

Perak Korporasiyası Direktorlar Şurasının Sədri Redza Rafiq bin Abdul Razak ölkənin sənaye potensialı, məhsul istehsalı ilə bağlı məlumat verib.

Azərbaycanın kənd təsərrüfatı və logistika şirkətləri öz məhsulları və əməkdaşlıq imkanları barədə təkliflərlə çıxış ediblər.

Tədbir şirkətlər arasında B2B görüşlərlə davam edib.

Back To Top