skip to Main Content

“Biznesdə Qadınların Gücü” layihəsinə start verildi

“Biznesdə Qadınların Gücü” Layihəsinə Start Verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC–nin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihə elan edilir.

Məqsəd qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.

Layihənin müddəti: oktyabr 2022-ci il – mart 2023-cü il.

Layihəyə müxtəlif sahələr üzrə mikro, kiçik və orta sahibkarlıqla məşğul olan, layihə iştirakçılarının seçim meyarları və tələblərinə uyğun gələn qadın sahibkarların müraciətləri qəbul edilir.

Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcəkdir.

Layihənin sonunda qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün aşağıdakı məbləğdə pul mükafatları təqdim ediləcək:

1-ci yer – 5000 manat

2-ci yer – 3000 manat

3-cü yer – 2000 manat

Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, 18 noyabr 2022-ci il tarixinədək müraciət edə bilərlər: https://bit.ly/3V3J9Nw

Əlavə məlumat üçün: Aygün Əhmədova, e-mail: aygun.ahmadova@smb.gov.az, telefon: (+994) 55 792 24 26.

Back To Top