TÜRKONFED-in sahibkarları Azərbaycanda səfərdədir
Noyabr 3-də Türkiyə Sahibkarlar və İş Dünyası Konfederasiyası (TÜRKONFED) İdarə Heyətinin sədri Süleyman Sönmezin rəhbərlik etdiyi, Türkiyədə fəaliyyət göstərən iş adamından ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) qonağı olublar. Şirkətlər – inşaat, tekstil, avadanlıq, enerji, kənd təsərrüfatı, qablaşdırma, konsaltinq, maliyyə sektorlarını təmsil edirdilər.
Azərbaycan Sahibkarlar Konfedraisyasının vitse-prezidenti Vüqar Zeynalov qonaqları salamlayaraq Konfederasiya və ölkəmizin investisiya imkanları haqqında məlumat verib.
S.Sönmez TÜRKONFED-in fəaliyyət istiqamətlərini barədə təqdimatla çıxış edib.
Daha sonra tədbirdə iştirak edən sahibkarlar öz şirkətləri və məhsullarını tanıdıblar.