“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib
Noyabrın 18-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının iclası keçirilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən iclasın mövzusu “Sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi mexanizmləri”nə həsr olunub.
“Reklam və nəşriyyat müəssisələri ilə iş” komissiyasının sədri Tural Mustafayev bildirib ki, komissiyaya daxil olan müraciətlər əsasında dövlət dəstək mexanizmləri haqqında məlumat səviyyəsinin azlığı diqqət çəkir. Bu səbəbdən də sahibkarları maraqlandıran məsələlər komissiyanın iclasının gündəliyinə daxil edilib.
“Sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi mexanizmləri” mövzusunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bilik və Bacarıqlarının çıxışına dəstək şöbəsinin müdiri Elməddin Hacıyev çıxış edib.
Sonra sahibkarlar xarici dövlətlərdə keçirilən istehsalat təcrübələri və “Birgə İnvest” layihəsi ilə bağlı suallar veriblər.
İclas müzakirələrlə davam edib.