ASK-da ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Dekabrın 12-si ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında tədbir keçirilib.
Tədbirdə dahi lider Heydər Əliyevin həyatı və xalqımız qarşısında xidmətləri xatırlanıb və onun əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri açan Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində müstəsna xidmətləri ilə həmişə yaşayacaq. Azərbaycan dövlətçiliyinin, milli iqtisadiyyatımızın qurulması, Əsrin müqaviləsinin imzalanması ilə ölkəmizin yeni bir inkişaf erasına qədəm qoyması məhz bu böyük Azərbaycanlının adı ilə bağlıdır.
Sonra Konfederasiyanın əməkdaşları çıxış edərək, fikirlərini bölüşüblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.