skip to Main Content

ASK Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində Respublika Məclisinin sədri Zorlu Töre ilə görüşüb

ASK Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq Və Termal Turizmə Dəstək Assosiasiyasının Sədri Ruslan Quliyev Şimali Kipr Türk Respublikasına Səfəri çərçivəsində Respublika Məclisinin Sədri Zorlu Töre Ilə Görüşüb

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin üzvü, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində Respublika Məclisinin sədri Zorlu Töre ilə görüşüb. Görüşdə KKTC Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu, eyni zamanda 2023-2024-cü illər üçün Dünya Sağlamlıq Turizmi Şurasının dönəm sədri və millət vəkili Ahmet Savaşan da iştirak edib.
Tədbirdə Azərbaycanla ŞKTC arasında sağlamlıq turizmi sahəsində mövcud əlaqələr, bu sahədə əməkdaşlığın mümkün inkişaf perspektivləri müzakirə edilib.
Zorlu Töre toplantıdakı çıxışında Türkiyənin iştirakı ilə yaradılan və bu gün 56 ölkəni əhatə edən Dünya Sağlamlıq Turizmi Şurasında Şimali Kipr Türk Respublikasının Türkiyə və Azərbaycanla birlikdə təmsil olunmasının vacibliyini vurğulayıb. O, bu beynəlxalq təmsilçiliyin ŞKTC-nin beynəlxalq məkanda tanınmasına və sağlamlıq turizmi sahəsində fəaliyyətinə müsbət töhfə verəcəyinə inandığını bildirib. Azərbaycanın işindən, səylərindən və dəstəyindən məmnun olduqlarını vurğulayan Zorlu Töre Azərbaycan və ŞKTC-nin çoxlu ağrı və sevincləri ortaq yaşadıqlarını söyləyib. Məclis sədri qeyd edib ki, Dünya Sağlamlıq Turizmi Şurasının hazırkı sədri Ahmet Savaşan illərdir sağlamlıq turizmi sahəsində beynəlxalq platformada ŞKTC-ni uğurla təmsil edir və indi onun bu quruma sədr seçilməsi ilə Şimali Kipr Türk Cümhuriyyəti də bu nüfuzlu turizm təşkilatında təmsil olunmuş olacaq. “Bu təmsilçilik beynəlxalq arenada və üzv dövlətlərlə Şimali Kipr arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın qurulmasına və inkişafına müsbət töhfə verəcək”, – deyə Zorlu Töre bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının sədri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Zorlu Törəyə Azərbaycana verdiyi dəyərə görə təşəkkürünü bildirib və Azərbaycan Sağlamlıq Turizmi Şurasının Şimali Kiprlə turizm sahəsində yaxından əməkdaşlıq etdiyini bildirib. O, Əhməd Savaşanın Dünya Sağlamlıq Turizmi Şurasına sədrliyi dövründə bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildirib.

Back To Top