skip to Main Content

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi Yanında İctimai Şura Ilə Azərbaycan Sahibkarlar Konfederasiyası Arasında Görüş Keçirilib

Aprelin 18-də İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın növbəti görüşü ölkəmizdə özəl sektorun inkişafı, sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl əməkdaşlığına həsr olunub. Müzakirələrdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) aparatı və Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Azərbaycanda biznes mühitinin, sahibkarların dəstəklənməsi üçün atılan addımların nəticələrinin müzakirə olunduğu tədbirdə ASK-nın bu istiqamətdə atdığı addımlar diqqətə çatdırılıb. Sahibkarların ASK ilə komunikasiya mexanizmləri, daxil olan təklif və şikayətlərin ASK tərəfindən aidiyyatı üzrə yönləndirilməsi modeli barədə fikir mübadiləsi aparılıb.

Tərəflər normativ-hüquqi aktların hazırlanması, sahibkarlıq sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər edilməsi, ümumilikdə bu sahədə hüquqyaratma prosesində iş adamlarının və onların təmsil olunduğu ictimai birliklərin iştirakının əhəmiyyətini xüsusi qeyd ediblər.

Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq mövzularına dair təkliflər irəli sürülüb və Şura üzvlərinin sualları cavablandırılıb.

Back To Top