skip to Main Content

Serbiyanın ölkəmizdəki səfiri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib

Serbiyanın ölkəmizdəki Səfiri Ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında Görüş Keçirilib

Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviç Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Konfederasiya rəhbəri ölkələrimiz arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu, prezidentimiz İlham Əliyevin Belqrad səfərini məmnunluqla xatırladıb. O, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirərək, Serbiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə, eləcə də Azərbaycanın digər bölgələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd edib.

Səfir ticarət, kənd təsərrüfatı, nəqliyyat, tikinti və turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə ASK-nın dəstəyi ilə özəl sektorlar arasında əlaqələrin qurulmasını təklif edib. Azərbaycanın tikinti şirkətləri arasında Serbiyada böyük uğurla çalışan şirkətlərin olduğunu vurğulayan Draqan Vladisavljeviç kənd təsərrüfatı sahəsində ölkələrimiz arasında işçi qrupunun yaradılacağını diqqətə çatdırıb. Orta Dəhlizin perspektivi barədə fikirlərini bölüşən Səfir bu dəhlizdə iştiraka maraq göstərdiklərini söyləyib. O, Bakıdan Belqrada birbaşa uçuşların açılacağı barədə məlumat verərək, nəticədə turizm sektorunun inkişaf edəcəyini bildirib.

ASK prezidenti Məmməd Musayev Serbiyanın müvafiq təşkilatı ilə Konfederasiya arasında Azərbaycan-Serbiya İşgüzar Şurasının yaradılmasını təklif edib. O, ölkələrmizin iqtisadi əlaqələrinin genişlənməsi üçün ASK-nın bütün dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.

Back To Top