Asiya ölkələrinin biznes dairələri ilə əlaqələrin daha faydalı əsaslarda qurulması müzakirə olundu
Mayın 17-də Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Cənubi Koreyanın Busan şəhərində “İqlim böhranı dövründə Asiya biznesinin imkanları və çətinlikləri” mövzusunda mayın 2-də keçirilmiş ICAPP Biznes Şurasının 1-ci iclasında Azərbaycanı təmsil etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, “Millennium Tourism & Congress DMC”nin baş icraçı direktoru Ruslan Quliyevi və “Bakı Tikiş Evi ASC”nin sədr müavini Elnur Rəhimovu qəbul edib.
Görüşdə Azərbaycan nümayəndə heyətinin tədbirdə aktiv iştirakı və məruzələri, tədbirin əhəmiyyəti və sonrakı dövrdə Azərbaycanın bu qurumda sistemli fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılmış, həmçinin, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektrlərinin Biznes Şuranın gələcək toplatılarında aktiv iştirakı və Asiya ölkələrinin biznes dairələri ilə əlaqələrinin daha konkret və faydalı əsaslarda qurulmasının əhəmiyyəti vurğulanıb.