Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Trabzon Ticarət və Sənaye Palatası arasında memorandum imzalandı
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyənin Trabzon Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumu ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebi imzalayıb.
Sənədə əsasən, öləkələrimiz arasında investisiya qoyuluşunun, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi qurumlar tərəfindən təşviq ediləcək, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və s. haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələr birgə işləniləcəkdir.
Görüş müzakirələrlə başa çatıb.