skip to Main Content

“Rusiya – İslam Dünyası. KazanForum 2023” tədbirində memorandum imzalandı

“Rusiya – İslam Dünyası. KazanForum 2023” Tədbirində Memorandum Imzalandı

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndə heyəti “Rusiya – İslam Dünyası. KazanForum 2023” tədbirində iştirak edib.
Mayın 19-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin başçılığı ilə dövlət və özəl sektoru nümayəndələrinin təmsil olunduğu tədbir çərçivəsində nümayəndə heyəti “KazanExpo” Beynəlxalq Sərgi Mərkəzində “Rusiya Halal Expo” beynəlxalq halal sənaye sərgisini ziyarət edib.
Daha sonra, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə “Rusiya-Azərbaycan” dəyirmi masası keçirilib.
İclas çərçivəsində, hər iki tərəfdən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə Tatarıstan Respublikası Ticarət və Sənaye Palatası Birliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayev və Tatarıstan Respublikası Ticarət və Sənaye Palatası Birliyinin sədri cənab Şamil Ageev imzalayıblar.

Back To Top