skip to Main Content

Kanadalı iş adamları ilə görüş keçirilib

Kanadalı Iş Adamları Ilə Görüş Keçirilib

Kanada Avrasiya Ticarət Palatasının nümayəndələri ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının əməkdaşları arasında görüş keçirilib.

Kanadalı iş adamları Azərbaycanın neft-qaz, mədənçıxarma, təhsil sektoru ilə tanış olmaq üçün ölkəmizə səfər etdiklərini bildiriblər.

Kanada Avrasiya Ticarət Palatasının rəhbəri Frank Kense qeyd edib ki, bu təşkilat ikitərəfli ticarət və investisiyaları təşviq edən müstəqil qeyri-kommersiya qurumudur. 100-dən çox kommersiya və fərdi üzvləri təmsil edir. Azərbaycanın neft-qaz çıxarma sektoru ilə bağlı xidmət və texnoloji həllər təklif edən Kanadalı sahibkarlar Bakıda keçiriləcək enerji həftəsində iştirak edəcəklərini bildiriblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov ASK haqqında qonaqlara məlumat verərək ölkəmizdə fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin, eləcə də mədənçıxarma sənayesi üzrə çalışan şirkətlərin ASK-nın aktiv üzvləri olduğunu söyləyib.

O, Azərbaycanda əlverişli biznes mühiti və investisiya imkanları haqqında qonaqlara məlumat verərək onları maraqlandıran sualları cavablandırıb.

Back To Top