skip to Main Content

Azərbaycan-Macarıstan İşgüzar Şurasının tərkibinin formalaşdırılması müzakirə olunub

Azərbaycan-Macarıstan İşgüzar Şurasının Tərkibinin Formalaşdırılması Müzakirə Olunub

Azərbaycan-Macarıstan İşgüzar Şurasının Macarıstan tərəfindən həmsədri və “MOL Group” şirkətinin İdarə Heyətinin üzvü cənab Arçibald Şubert ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib.

Konfederasiya Baş katibinin müavini Fuad Hümbətov Azərbaycan-Macarıstan İşgüzar Şurasının Azərbaycan tərəfindən tərkibinin formalaşdırma mərhələsində olduğunu və prosesin qısa zamanda yekunlaşacağını bildirib.

ASK Baş katibinin müavini ölkəmizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan iqtisadi potensial və investisiya imkanlarını haqqında geniş məlumat təqdim edib.

O, hazırda bu bölgələrdə yaşıl enerji zonasının yaradılması ilə bağlı burada yaşıl texnologiyalara əsaslanan yaşıl energetika, tikinti, yüngül sənaye, turizm, iqlim cəhətdən ağıllı kənd təsərrüfatının və  inkişafının nəzərdə tutulduğunu vurğulayaraq macar iş adamlarının bu layihələrdə iştirakının mümkün olduğunu bildirib.

Arçibald Şubert onun Macarıstan Ticarət və Sənaye Palası vasitəsilə Azərbaycan-Macarıstan İşgüzar Şurasının Macarıstan tərəfindən həmsədri təyin olunduğunu deyib. O, Macarıstan tərəfindən Şuranın tərkibinin formalaşdırılması üçün ümumi maraq kəsb edən sektorların müəyyən edilməsi üçün müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, “MOL Group” şirkəti mərkəzi ofisi Budapeştdə yerləşən tanınmış Mərkəzi Şərqi Avropa neft və qaz korporasiyasıdır.

Back To Top