skip to Main Content

“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi başlayıb

“Heydər Əliyev Və Azərbaycan Sahibkarlığı” Mövzusunda Yerli şirkətlərin Sərgisi Başlayıb

 “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində 150-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunur, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilir.

“Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Marsol Group”un və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev və “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxışlarında sahibkarlara göstərilən dəstək, təmsil etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filmi nümayiş olunub, tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərginin təşkilinə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, “Prestij kimya”, “Gədəbəy mineral suları”, “Moon Qrup” və “BHB strateji və kreativ media agentliyi” tərəfindən də dəstək göstərilib. lunur. İyunun 10-dək davam edəcək sərginin başlıca üstünlüyü burada iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.

Sərgi çərçivəsində iyunun 9-da “Baku Crystal Hall”da “Böyük qayıdış – işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” mövzusundakı paneldə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, iyunun 10-da isə “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzusunda paneldə isə Konfederasiyanın İctimaiyyətlə Əlaqəlar Şöbəsinin müdiri İlhamə Abdullayeva çıxış edirlər.

Back To Top