skip to Main Content

Şuşa şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 2-ci iclası keçirilib.

Şuşa şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 2-ci Iclası Keçirilib.

Şuşa şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 2-ci iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

Qeyd edək ki, İşgüzar Şuranın iclasında iştirak etmək, eləcə də Azərbaycanın biznes və investisiya imkanları ilə tanışlıq məqsədilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

İşgüzar Şuranın 2-ci iclasının Şuşa şəhərində keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyata reinteqrasiyası istiqamətində görülən işləri, bölgənin biznes imkanlarını əyani olaraq Səudiyyə Ərəbistanı iş adamlarının diqqətinə çatdırmaq, onların müvafiq bərpa və yenidənqurma işlərində iştirakını təşviq etməkdir.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İşgüzar Şuranın həmsədrləri – Əhməd Əli Əl Dakhil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov və İşgüzar Şuranın sədr müavini Abdullah Əl-Mutrif müvafiq olaraq hər iki ölkənin biznes, investisiya və ixrac potensialı, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə biznes və sərmayə qoyuluşu üçün imkanlar, həri iki ölkənin işgüzar dairələri arasında ticarət və investisiya sahəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə fikirlərini bölüşüblər.

 

 

Back To Top