skip to Main Content

“Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilib

“Biznes Və Insan Hüquqları Kontekstində şəffaflığın Təmin Olunması” Mövzusunda Beynəlxalq Konfrans Keçirilib

“Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda konfransda biznes subyektlərinin korrupsiyaya qarşı mübarizə tədbirlərində rolu, dayanıqlı inkişafda biznesin məsuliyyəti, bu sahədə sahibkarların məlumatlandırılması, onların maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və sahibkarlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə  həyata keçirilən iqtisadi islahatlar, dövlət-özəl dialoqunun əhəmiyyətli, korporativ sosial tədbirlər çərçivəsində biznesin həyata keçirdiyi layihələr, biznes subyektlərinin korrupsiyaya qarşı mübarizə tədbirlərində rolu, bu sahədə sahibkarların məlumatlandırılması, dəstək tədbirləri barədə məlumat verib.

Tədbirdə Biznes və İnsan hüquqları mövzusunda Ombusdman Səbinə Əliyevanın və xarici ekspertlərin çıxışları dinlənilib və müzakirələr aparılıb.

Back To Top