skip to Main Content

Rəqabət Məcəlləsi layihəsinin müzakirəsində sahibkarların fikirləri də təqdim edildi

Rəqabət Məcəlləsi Layihəsinin Müzakirəsində Sahibkarların Fikirləri Də Təqdim Edildi

Rəqabət Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş adamları üçün mühüm qanunvericilik aktıdır. Sentyabrın 26-da Milli Məclisdə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərliyilə Rəqabət Məcəlləsi layihəsinin ictimai dinləməsi keçirilib.

Dinləmələrdə iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova və Baş katibin müavini Xəqan Hümmətzadə qanun layihəsi ilə bağlı Konfederasiya üzvlərinin fikirlərini təqdim ediblər.

“Rəqabət Məcəlləsi təkcə hər bir biznes sahibi üçün deyil, həm də istehlakçılar kimi bizim hamımız üçün vacib olan mühüm qanunvericilik aktlarından biridir. Həqiqətən də, şəffaf bazar qaydaları, sağlam rəqabət, iqtisadi təkan, innovasiyalara həvəs və nou-how baxımından bu sənədlərin əhəmiyyətini çox qiymətləndirmək çətindir. Məmməd Abbasbəylini və onun komandasını inanılmaz işinə görə təbrik edirəm!” -deyən Natavan Məmmədova bu mühüm sənədi ictimaiyyətin diqqətinə çatdırdığına görə Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkürünü bildirib.

Baş katib sənədin gələcək müzakirəsində ASK-nın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Baş katib müavini Xəqan Hümmətzadə Məcəllə ilə bağlı sahibkarları maraqlandıran məsələləri və təklifləri iştirakçıların diqqətinə çatdırıb.

Back To Top