skip to Main Content

Konfederasiya prezidenti “MÜSİAD Azərbaycan”ın ümumi yığıncağında çıxış etdi

Konfederasiya Prezidenti “MÜSİAD Azərbaycan”ın ümumi Yığıncağında çıxış Etdi

“MÜSİAD Azərbaycan”ın Ümumi Yığncağında Rəşad Cabirli yenidən İdarə Heyətinin sədri seçilib. Görüşdən sonra iftar proqramı təşkil olunub. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, MÜSİAD sədr müavini Abdurrahman Uzun, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və digər önəmli qonaqlar da tədbirdə iştirak ediblər.
Proqramda çıxış edən səfir Bağcı, “MÜSİAD Azərbaycan”ın bir çox sosial məsuliyyət layihələrini uğurla icra etdiyini bildirib və yeni idarə heyətinə uğurlar arzulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında ölkəmizdə fəaliyyət göstərən türk iş adamlarının təşkilatlamada daha aktiv olduqlarını və ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə böyük töhfə verdiklərini bildirib.
O, Konfederasiyanın MÜSİAD ilə sıx əməkdaşlığı olduğunu qeyd edib və qarşıdakı fəaliyyətində Rəşad Cabirliyə uğurlar diləyib.
İclasda MÜSİAD Azərbaycan üzrə İdarə heyətinin yeni üzvləri də müəyyənləşib.

Back To Top