Aydın Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndə heyəti ASK-nın prezidenti Məmməd Musayev ilə görüşüb
Türkiyənin Ege bölgəsində fəaliyyət göstərən Aydın Sənayeçi və İş Adamları Dərnəyinin rəhbəri Fırat Barışığın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüb.
Konfederasiya rəhbəri Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq və ölkəmizdə xarici investisiya üçün yaradılan əlverişli şərait haqqında məlumat verib. O, beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə Odalar və Borsalar Birliyi ilə birgə fəaliyyət, xüsusən də Türk Ticarət və Sənaye Palataları Birliyi, həmçinin İslam Ticarət və İnkişaf Palatasında reallaşdırıan müştərək işləri qeyd edib.
Fırat Barışık ölkələrimiz arasında ticarət əlaqələrinin artmasından məmnun olduğunu qeyd edərək, bəzi sahələrdə yeni əməkdaşlıq perspektivlərinin mövcudluğunu vurğulayıb. Nümayəndə heyətindəki Türk iş adamları xüsusən də Qarabağda işləmək imkanlarını müzakirə ediblər.
Daha sonra qonaqlar Azərbaycan Sahibkarlar Konfederasiyasının icra aparatı ilə görüşüb keçirib və qonaqları maraqlandıran suallar cavablandırılıb.