Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin
“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abdullayeva İlhamə Xanlar qızı
Abuşov İlkin Əlimövsüm oğlu
Ağazadə İlqar Bəhruz oğlu
Bədəlov Mustafa Soltan oğlu
Cavanşir Elman Bəşir oğlu
Əhmədova Afət Adil qızı
Hacıyev Sultanhəmid Hacı oğlu
Hüseynov Yaşar Mirzəxan oğlu
İsmixanlı Ramin Sultan oğlu
Məmmədov Emin Ruslan oğlu
Məmmədov Fuad Nadir oğlu
Məmmədov Seymur Mikayıl oğlu
Rzayev Emin Əjdər oğlu
Tabasaranskiy Kənan Fikrət oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2024-cü il