skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə uşaqlar arasında yazı müsabiqəsi elan edir

Azərbaycan Sahibkarlar Konfederasiyası 1 Iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Münasibəti Ilə Uşaqlar Arasında Yazı Müsabiqəsi Elan Edir
📢Azərbaycan Sahibkarlar Konfederasiyası 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə uşaqlar arasında yazı müsabiqəsi elan edir.
❗ Müsabiqəyə təqdim edilməli olan yazının mövzusu aşağıdakı kimidir:
✅“Gələcəyin sahibkarı”
Müsabiqənin məqsədi:
✅Sahibkarlığın təbliği;
✅Erkən yaşlarda sahibkarlıq nədir anlayışının formalaşdırılması;
✅Uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq;
📝Müsabiqənin şərtləri:
🔹Müsabiqədə iştirak etmək istəyənlər 10-15 yaş arası olmalıdırlar;
🔹Bir uşaq yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;
📝Yazıya qarşı qoyulan tələblər:
🔹Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır;
🔹Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır;
📝Müraciət:
🔹Hazırlanan yazılar 24 may 2024-cü il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə nhasanova@ask.org.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir:
✅Şəxsiyyət vəsiqəsinin surəti;
✅Oxuduğu məktəb və sinif;
✅Ev və ya mobil telefonu;
🏆Müsabiqənin 1-ci, 2-ci, 3-cü yer qaliblərinə dəyərli hədiyyələr təqdim olunacaqdır.
❗Qeyd: Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqədə dəyərləndirilməyəcəkdir.
📢Müsabiqənin qalibləri 3 iyun 2024-cü il tarixində elan ediləcəkdir.
🔹Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: +994 12 465 76 92 / 119
Mob:+994 51 229 97 25
E-mail: nhasanova@ask.org.az
Back To Top