skip to Main Content

Azərbaycan – Özbəkistan İşgüzar Şurasının növbəti iclası keçirilib

Azərbaycan – Özbəkistan İşgüzar Şurasının Növbəti Iclası Keçirilib

Mayın 21-də Quba şəhərində II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində Azərbaycan – Özbəkistan İşgüzar Şurasının növbəti iclası keçirilib.

İclasda, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevlə yanaşı, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədr müavini cənab Umid Pazilxanov və hər iki tərəfdən İşgüzar Şuranın ümumilikdə 22 üzvü iştirak edib.

Tədbiri açan Konfederasiya prezidenti ölkə prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi və sosial islahatlar barədə geniş məlumat verib. O, hər iki ölkənin dövlət başçıları arasında güclü dostluq münasibətlərinin olduğunu qeyd edərək, iqtisadi göstəricilərin artım trendi göstərdiyini vurğulayıb.

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Umid Pazilxanov iki ölkə arasında sosial-iqtisadi əməkdaşlığın günü-gündən daha da gücləndiyini qeyd edib.

U.Pazilxanov Azərbaycan-Özbəkistan İşgüzar Şurasının növbəti iclasının cari ilin avqustunda Özbəkistanda keçirilməsini təklif edib.

Daha sonra “Mətanət-A” şirkətinin investisiya layihələrinin satınalma rəhbəri Aygün Əkbərova, “Uzeltexsanoat” Birliyinin sədri Mirziyod Yunusov, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov, Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov çıxış ediblər.

Çıxışçılar, turizm sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri, kənd təsərrüfatı, istehsal sahəsində əməkdaşlıq, Özbəkistan və Azərbaycanın regionlarında investisiya imkanları haqqında müzakirələr aparıblar.

Back To Top