Azərbaycan Sahibkarlar Konfederasiyasının Polşa Respublikası üzrə nümayəndəsi təyin olunub
Tural Şahsuvar oğlu Rüstəmov 2024-cü il 8 aprel tarixində Azərbaycan Sahibkarlar Konfederasiyasının Polşa Respublikasındakı nümayəndəsi vəzifəsinə təyin edilmişdir.
T. Rüstəmov 25 oktyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri İdman Olimpiya Liseyini bitirib. 2007-ci ildə Milli Neft Akademiyasını (Bakı) bitirib. 2018-ci ildə Odessa Politexnik Universitetinin (Odessa, Ukrayna) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində idarəetmə ixtisası üzrə ikinci ali təhsil alıb.
2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Karyerasına 2005-ci ildə başlayıb, Qazaxıstan, Küveyt, Qətər, Almaniya kimi ölkələrdə telekommunikasiya sahəsində Hoy, Ericsson, Huawei, ZTE, Ukrtelecom, Ooredoo şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
O, 2019-cu ildə Polşada telekommunikasiya sahəsində fəaliyyət göstərən “Bilge Europe” şirkətini təsis etmişdir, hazırda onun baş direktorudur.